Satılır 3 otaqlı yeni tikili 101 m², Nizami m.
Şəhərin ən prestijli və işgüzar hissəsində, Caspian Plaza ilə üzbəüz yerləşən İnfina Residence yaşayış kompleksində 3 otaqlı, tam təmirli mənzil satışa təqdim olunur.
Mənzil şəxsi yaşayış üçün keyfiyyətli təmir olunub. Binada qaz var. Geniş və funksional planlama, işıqlı otaqlar və qarşısı bağlanmayan panoramik şəhər mənzərəsi mənzilin əsas üstünlüklərindəndir.
Bina şəhərin tam mərkəzində, Caspian Plaza ilə üzbəüz, Dövlət Statistika Komitəsinin düz yanında yerləşən xüsusi lokasiyadadır. Ətrafında biznes mərkəzləri, ofislər, banklar, restoran və kafelər, marketlər, apteklər, alış-veriş və xidmət obyektləri yerləşir
--------------------------------------------------------------------------------------------------
Kompleks 24/7 mühafizə, yeraltı parkinq və müasir liftlərlə təmin olunub.
Sənəd - Çıxarış (Kupça) İpotekaya yararlıdır.
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası ,alıcı tərəfindən satış məbləğinin 1%-ni təşkil edir.